“TEKNOFEST AZƏRBAYCAN” Festivalı çərçivəsində keçirilmiş müsabiqələrin finalçı komandalarının nəticələri açıqlanıb

26-28 may tarixlərində Bakıda keçirilmiş 8 texnologiya müsabiqəsində ümumilikdə 167 komanda iştirak edib.

Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçirilmiş “TEKNOFEST AZƏRBAYCAN” Aerokosmik və Texnologiya Festivalının finalçı komandalarının nəticələri ictimayiləşdirilib.

‘’Robotexnika’’ müsabiqəsində A kateqoriyası üzrə məktəblilərdən ibarət ‘’Baku Stark’’ komandası 82.829 xalla  I yerin, ‘’Zəfər’’ komandası 82.397 xalla II yerin, ‘’Pitch Division’’ komandası isə  77.233 xalla III yerin qalibi olub.  Universitet tələbələrinin təmsil olunduğu B kateqoriyası üzrə 78.164 xal toplamış ‘’MECHANİCS’’ komandası I yerə, 74.03 xal toplamış  Bakı Ali Neft Məktəbinin ‘’Oğuz’’ komandası II yerə, 73.291 xalla ‘’Hi-Tech’’ komandası  III yerə layiq görülüb.

‘’Pilotsuz Üçuş Aparatları’’ müsabiqəsi üzrə Milli Aviasiya Akademiyasının ‘’Mockinglay’’ komandası 88.599 xalla I yerin, Türkiyənin ‘’SaWar’’ komandası 82.801 xalla II yerin, Azərbaycan  Ali Hərbi Məktəbinin ‘’Hərbi Hava Qüvvələri’’ komandası 79.135 xalla III yerə layiq görülüb.

‘’Planer’’ müsabiqəsi üzrə Milli Aviasiya Akademiyasının ‘’Mockinglay’’ komandası 99.34 xalla I yerin, Milli Aviasiya Akademiyası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə yaratdığı ‘’AzerRobot SKY’’ komandası 90.67 xalla II yerin və Bakı Ali Neft Məktəbinin ‘’Oğuz’’ komandası 89.68 xalla III yerin qalibi olub. 

“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsində Bakı Ali Neft Məktəbinin “İstiqlal” komandası  64.40 xalla I yerə, Milli Aviasiya Akademiyasının “SatELIT” komandası 61.33 xalla II yerə,  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını təmsil edən “MSU-Space”  komandası 49.53 xalla III yerə layiq görülüb.

‘’Baku Skills’’ müsabiqəsində A kateqoriyası üzrə ‘’DN4’’ komandası 229.467 xalla I yerə, ‘’Metaverse’’ komandası 227.236 xalla II yerə, ‘’SUMbuilders && 81’’ komandası isə 221.468 xalla III yerə layiq görülüb. B kateqoriyası üzrə isə ‘’RED’’ komandası 252.836 xalla I yerə, ‘’MECHANİCS’’ komandası 249.598 xalla II yerə, ‘’Alfa’’ komandası 243.17 xalla III yerə layiq görülüb.

“Aqrar texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “BlizzardTS” komandası 97.383 xalla I yerə, ‘’DEMETRA’’ komandası 92.35 xalla II yerə, Bakı Ali Neft Məktəbinin ‘’Həkəri’’ komandası 82.883 xalla III yerə layiq görülüb. C kateqoriyası üzrə “Deltask” komandası 97.983 xalla I yerə, ‘’Slifer’’ komandası 91.483 xalla II yerə və ‘’AGRO ZAQATALA’’ komandası 85.284 xalla III yerə layiq görülüb.

“Sosial yönümlü texnologiyalar” müsabiqəsində B kateqoriyası üzrə ADA Universitetinin “FingerTalk” komandası 83.266 xalla I yerə, “TwoDice SABAH” komandası 70.167 xalla II yerə, Bakı Ali Neft Məktəbinin ‘’Həkəri’’ komandası 69.07 xalla III yerə layiq görülüb. C kateqoriyası üzrə Qərbi Kaspi Universitetinin “DEC” komandası 79.503 xalla I yerə, “KRİPT10” komandası 65.036 xalla II yerə və  ‘’Nano” komandası 63.367 xalla III yerin qalibi olub.

‘’Yaşıl texnologiyalar’’ müsabiqəsində A kateqoriyası üzrə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “GreenLines” komandası 92.163 xalla I yerə, “FluSi” komandası 81.133 xalla II yerə, “gFuture” komandası 80.33 xalla III yerə layiq görülüb.

B kateqoriyası üzrə Bakı Ali Neft Məktəbinin “Atəşgah” komandası 83.83 xalla I yerə, Bakı Ali Neft Məktəbinin ‘’Murov’’ komandası 82.13 xalla II yerə, Bakı Ali Neft Məktəbinin ‘’Gülüstan’’ komandası 81.763 xalla III yerə layiq görülüb. C kateqoriyası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “MakerTronika” komandası 82.363  xalla I yerə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “BAKU” komandası 79.196 xalla II yerə, “Ecofriendly” komandası 72.696 xalla III yerə layiq görülüb.

Qeyd edək ki, yuxarı sinif şagirdləri (7-11-ci siniflər) A kateqoriyasına daxil olmaqla onlar üçün mükafat Fondu I yer 4000 manat, II yer üçün 2000 manat, III yer üçün -1000 manat təşkil edib. 
B kateqoriyasını təmsil edən universitet tələbələri  və C kateqoriyasını təmsil edən fərdi sahibkarlar və startaplar üçün mükafat fondu I yer- 6000 AZN, II yer-4000 AZN, III yer- 2000 AZN təşkil edib.

Finalçı komandaların yekun sıralaması ilə bu linkdən tanış ola bilərsiniz.