“Bir şəhəri nə ağıllı edir?” sualına müxtəlif yanaşmalar ilə müxtəlif cavablar mövcuddur. Ümumilikdə “ağıllı şəhər” “şəhər daxilində olan əməliyyatları daha yaxşı başa düşmək, onları idarə edə bilmək və məhdud resursların optimallaşdırılması” kimi şərhləndirilir. Digər bir yanaşmada isə, “ağıllı şəhər” əməliyyat səmərəliliyini artırmaq, məlumatı ictimaiyyətlə bölüşmək və daha keyfiyyətli dövlət xidmətləri və vətəndaşların rifahını təmin etmək üçün informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi kimi qiymətləndirilir. 
“Ağıllı şəhər” müxtəlif proqram təminatlarından, istifadəçi interfeyslərindən və kommunikasiya şəbəkəsindən istifadə edərək Əşyaların İnterneti (IoT) vasitəsilə əhaliyə bağlı həlləri çatdırmaqdır. “Ağıllı şəhər” konsepsiyasında Əşyaların İnterneti (IoT) texnologiyası ən vacib həllərdən biridir. IoT bir-birinə bağlı olan cihazların bir-biri ilə kommunikasiya etməsi və məlumat paylaşması üçün mövcud olan bir şəbəkədir. Bu həllər bizə maşınlardan tutmuş, ev işlərinə, küçələrdə və bir sıra məqamlarda rast gələ bilər. Cihazlardan toplanmış məlumatlar bulud texnologiyası və ya fiziki serverlərdə toplanır, özəl və dövlət sektoru tərəfindən optimallaşdırılaraq ağıllı şəhər daxilində əhalinin rahatlığı üçün istifadəyə verilir. 
Əşyaların İnternetinin (IoT) bu layihədə önəmli olması ilə yanaşı, digər texnologiyalar da danılmaz rol oynamaqdadır. Bunlara misal olaraq, “Application Programming Interface” (APIs), “Artificial Intelligence” (AI), “Cloud Computing Services”, “Dashboards”, “Machine Learning”, “Machine-to-Machine Communications” və “Mesh Networks” və daha başqa texnologiyaları bildirmək olar. 
 

Son müraciət tarixi 1 Aprel 2022!

Müraciət et

Forum

Yarış təqvimi

Təsvir Tarix

Müsabiqədə iştirak üçün müraciətin son müddəti

01.04.2022

Qeydiyyatdan keçmiş komandaların siyahısının elanı

25.04.2022

Teknofest AZƏRBAYCAN 2022 Saat 12:00 Müsabiqənin ambarında olan avadanlıqların texniki spesifikasiyanın elanı və Hackaton-a 50 saatliq start

25.05.2022

Saat 12:00 Layihə haqqında yerində müsiflər heyətinə ətraflı məlumatın təqdim edilməsi (CDR, Kritik Dizayn Baxışı).

26.05.2022

Saat 14:00 Hackatona stop ! Prototiplərin müsiflər heyətin ambarına təhvil verilməsi.

27.05.2022

Saat 12:00 Qarabağ Hackaton-un galiblərin elanı və mükafatlandırılması

28.05.2022

Mükafatlar

Kateqoriya Mükafat

Birinci yer

10 000 USD

İkinci yer

5 000 USD

Üçüncü yer

3 000 USD