Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsi tələbələr arasında aerokosmik sahəyə, pilotsuz uçuş aparatlarına marağın artırılması və bu sahədə fundamental uçuş bilik və bacarıqları formalaşdırmaq məqsədilə bir sıra ölkələrdə təşkil edilir. Bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır. Bundan əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi faydalı bacarıqlara yiyələnirlər.
Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən uçuş aparatı dizayn edilir. Müsabiqədə komandalara özlərinin dizayn etdikləri PUA-ları nümayiş etdirmək şansı verilir.

Son müarciət tarixi 17 Fevral 2022! 

Forum

Yarış təqvimi

Təsvir Tarix

Müsabiqədə iştirak üçün müraciətin son müddəti

17.02.2022

“Missiya və komponent seçimi” mərhələsi

06.03.2022

Video hesabat mərhələsi

8.05.2022

“Uçuş və Uçuşdan sonrakı hesabat” mərhələsi

24.05.2022

TEKNOFEST AZERBAIJAN 2022

26-29.05.2022

Mükafatlar

Kateqoriya Mükafat

Kateqoriya B

Birinci yer

4 000 USD

İkinci yer

2 000 USD

Üçüncü yer

1 000 USD

Məsləhətçi

Birinci yer

600 USD

İkinci yer

400 USD

Üçüncü yer

200 USD