“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi tələbələr arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə bir sıra ölkələrdə təşkil edilir. Bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır. Bundan əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi faydalı bacarıqlara yiyələnirlər.

 “Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri  üçün nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, sensorlardan lazımi məlumatı toplayır və həmin məlumatı paket formasında müvafiq interfeysə göndərərək təyin olunmuş missiyanı yerinə yetirir.

Yalnız Azərbaycan Respublikası vətəndaşları üçün.

Son müarciət tarixi 17 Fevral 2022!  

Forum

Yarış təqvimi

Təsvir Tarix

Müsabiqədə iştirak üçün müraciətin son müddəti

17.02.2022

Komponent seçim mərhələsi

14.03.2022

Video hesabat mərhələsi

10.05.2022

Uçuş və Uçuşdan sonrakı hesabat” mərhələsi

23.05.2022

TEKNOFEST AZERBAIJAN 2022

26-29.05.2022

Mükafatlar

Kateqoriya Mükafat

Kateqoriya B

Birinci yer

6 000 AZN

İkinci yer

4 000 AZN

Üçüncü yer

2 000 AZN

Məsləhətçi

Birinci yer

700 AZN

İkinci yer

500 AZN

Üçüncü yer

300 AZN